MENYU
REZERVASİYA ET

"Hekeri" Hotel, Laçın

Laçın şəhərində yerləşən “Həkəri” kottec tipli oteli,ziyarətçilərinə müasir rahatlıq və ənənəvi Azərbaycan qonaqpərvərliyini birləşdirən unikal bir təcrübə təqdim edir.Otel təbiətin qoynunda,Həkəri çayının sahilində yerləşir.Gözəl dağ mənzərələri və təmiz hava ilə əhatə olunmuş bir ərazidə yerləşən otel əsl təbiətsevərlərin dincələ biləcəyi məkandır.

Oteldə rahat və işıqlı karavan tipli koteclər mövcuddur.Hər biri müasir avadanlıqlar,WI-FI və rahat mebellərlə təchiz olunub.Həmçinin oteldə təbiətin gözəlliklərini rahatlıqla seyr edə bilərsiniz.

Həkəri otelinin tam 1 addımlığında otelə aid “Tree house” və “Baba” restoranları da mövcuddur.Burada ziyarətçilərə yerli və beynəlxalq mətbəxlərdən ləziz yeməklər təqdim olunur.Həmçinin,müasir dizaynla hazırlanmış restoranlarımızda özünüzün xüsusi tədbirlərinizi də qeyd edə bilərsiniz.

Həkəri oteli,həm də Həkəri çayının sahilində yeni salınmış bulvar kompleksinə də birbaşa açılır və bu da otel qonaqlarının asudə vaxtlarını rahat keçirmələrinə imkan verir.

Həkəri otelinin peşəkar kollektivi qonaqların rahatlığı üçün hər cür xidmət təklif edir və bölgənin maraqlı turistik yerlərinə ekskursiyalar təşkil edə bilər.
Daha ətraflı

Otaqlar

Room image

One-bedroom cottage

Room image

Two-bedroom cottage